Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
408
26.12.2024, 15:31
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
***
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən:
“Zati-aliləri.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram”.
***
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifdən:
“Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Həmçinin oxuyun
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük”.
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.
***
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən:
“Hörmətli İlham Heydər oğlu.
Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Qəza nəticəsində faciəli şəkildə həlak olanlarla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan Sizə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Sizin kədərinizi bölüşürük”.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.